Layihələrimiz

Ümumi Layihələrimizlə aşağıdan tanış ola bilərsiniz

Layihə Addımları – Nur Power

Nur Power ilə Günəş Enerjisi layihəniz bu addımlarla gerçəkləşir
Əlaqə və ilkin məsləhət

Bizimlə əlaqə saxlayırsınız, enerji ehtiyacınızı və məqsədinizi anlayırıq.

Yerində baxış və ölçmə

Mütəxəssislərimiz layihənin icra olunacağı əraziyə baxış keçirərək texniki ölçmələr aparır.

Texniki və kommersiya təklifi

Yerləşmə planı, avadanlıq seçimi və qiymət təklifi hazırlanaraq sizə təqdim olunur.

Müqavilənin bağlanması

Şərtlər razılaşdırıldıqdan sonra qarşılıqlı müqavilə imzalanır.

Avadanlıqların tədarükü və daşınması

İdxal prosesi başlayır, avadanlıqlar əraziyə çatdırılır.

Quraşdırma və testlər

Peşəkar quraşdırma komandamız sistemin montajını və istismara hazırlığını tamamlayır.

Şəbəkəyə qoşulma və istismar

Sistem elektrik şəbəkəsinə inteqrasiya olunur və enerji hasilatı başlayır.

Zəmanət və texniki dəstək

Zəmanət dövründə və sonrasında xidmətinizdəyik. Sistem izləmə və texniki dəstək təqdim edilir.

Tərəfdaşlarımız və Referanslar – Nur Power

Nur Power olaraq əməkdaşlıq etdiyimiz yerli və beynəlxalq tərəfdaşlar və uğurla tamamladığımız layihələr bizim gücümüzü göstərir.

Tərəfdaşlarımız

Referans Layihələrimiz

Lerik Broyler MMC – GES Kompleksi

355 kVt (yerüstü) və 145 kVt (damüstü) günəş stansiyaları
Qurulma yeri: Lerik rayonu, Piran kəndi
İstismara verilmə ili: 2025

Abşeron Sənayə Məhəlləsi – 323,19 kVt GES

Mebel istehsalı müəssisəsi üçün damüstü GES
Yüksək qənaət və modern texnologiya ilə təchiz olunub

500 kVt Nur Power Layihəsi

Singfo Solar avadanlıqları ilə təmin olunur
Geniş sahəli müasir enerji həlli

Bizimlə işləyən partnyorlar uzunmüddətli əməkdaşlıq və yüksək məmnuniyyət əldə edir.

Abşeron Sənayə Məhəlləsi – 323,19 kVt GES

Yer: Sumqayıt şəhəri
Quraşdırma tipi: Dam üstü
Layihələndirmə və müqavilə: 2025
Panel gücü: Singfo Solar 550W
İnvertor: Huawei 100 kW + 60 kW + 60 kW
Şəbəkəyə qoşulma: On-Grid

Nur Power – 800 kVt-lıq GES

Yer: Xızı rayonu
İdxal qiymətləri və texniki təchizat artıq təyin olunmuşdur
İcra üçün sifarişçilərlə danışıqlar davam edir

Lerik Broyler MMC – 355 kVt Yerüstü Günəş Elektrik Stansiyası

Yer: Lerik rayonu, Piran kəndi
Quraşdırma tipi: Yerüstü (beton ayaqlar üzərində)
İstismar ili: 2025
Panel gücü: 630 W – Singfo Solar
İstismar gücü: 355 kVt
İnvertorlar: Growatt 125 kW + 110 kW + 60 kW
Şəbəkəyə qoşulma: On-Grid

Lerik Broyler MMC – 145 kVt Dam Üstü GES

Yer: Lerik rayonu, Piran kəndi (kəsim zavodunun damı)
Quraşdırma tipi: Dam üstü
İstismar ili: 2025
Panel gücü: 630 W – Singfo Solar
İstismar gücü: 145 kVt
İnvertorlar: Growatt – 60 kW və 80 kW
Şəbəkəyə qoşulma: On-Grid

Gələcək Hədəflər – Nur Power

Strateji Hədəflərimiz

2025–2026-cı illərdə minimum 5 meqavatlıq GES portfeli formalaşdırmaq
İllik 7 milyon kVt/saat bərpa olunan enerji istehsalı
Enerji saxlama sistemləri (BESS) üzrə layihələrin tətbiqi
Qarabağ və cənub bölgəsində yeni GES-lərin qurulması

Dayanıqlı Gələcək Üçün

Ekoloji təmiz enerjinin yayılmasını təşviq edirik
Karbon emissiyasını illik 5,000 tondan çox azaltmağı hədəfləyirik
Yaşıl texnologiyaların tədrisi və maarifləndirici kampaniyalar

İnnovasiya və Rəqəmsallaşma

Ağıllı monitorinq sistemləri ilə real vaxt analizlər
İstehsalat və texniki heyətin davamlı ixtisasartırma proqramları
“Nur App” – mobil tətbiq vasitəsilə istifadəçi nəzarəti və statistik analiz

Sosial Məsuliyyət və Ekoloji Töhfə – Nur Power

Nur Power olaraq, yalnız enerji istehsalı ilə kifayətlənmirik. Biz həm də cəmiyyətimizə və ətraf mühitə qarşı məsuliyyət daşıyırıq.
Ekoloji Töhfə

GES layihələrimizlə karbon emissiyasını azaldırıq – hər 1 MW üçün illik 800 ton CO₂ qənaət
Günəş enerjisi ilə təmiz və davamlı elektrik təchizatı təmin edirik
İstifadə olunan avadanlıqların ekoloji tələblərə uyğun sertifikatlaşdırılması təmin olunur

Sosial Məsuliyyət

Yerli əhali üçün yeni iş yerləri və texniki təlim proqramları
Təhsil müəssisələrində “yaşıl enerji” mövzusunda seminarlar və layihə dəstəkləri
Sosial həssas ailələr üçün güzəştli enerji həlləri

Maarifləndirmə və Təşviq

Gənclərin və tələbələrin iştirakı ilə ekoloji aksiyalar
Yaşıl düşüncə tərzinin təşviqi üçün sosial platformalarda kampaniyalar
Bərpa olunan enerji sahəsində innovasiya müsabiqələrinin təşkili