Biz Kimik?

Nur Power – Gələcəyin Enerjisini Bu Gündən Qururuq

Nur Power – İşığın gücü, enerjinin sabaha açılan yoludur.
Biz təmiz və davamlı enerji həlləri təqdim edərək, Azərbaycanın enerji bazarında güvənilən və yenilikçi tərəfdaş kimi fəaliyyət göstəririk. "Nur" adının mənası – aydınlıq, inkişaf və ruh gücü – bizim missiyamıza ilham verir.

Sıfırdan başladığımız bu yolçuluqla məqsədimiz təkcə bu günü deyil, sabahı da düşünən enerji sistemləri qurmaqdır. Ətraf mühitə dəyər verən texnologiyalarla işləyir, hər ötürdüyümüz enerji vahidini məsuliyyətlə daşıyırıq.

Nur Power – enerjini dəyərə çevirən, gələcəyə yol göstərən bir işıqdır.
Missiyamız

Ən son texnologiyaları, yüksək keyfiyyətli avadanlıqları və güclü mühəndis dəstəyi ilə birləşdirərək, hər kəs üçün əlçatan və səmərəli günəş enerjisi sistemləri təqdim etmək. Biz yalnız sistem qurmuruq – dəyərlər qururuq!

Vizyonumuz

Nur Power, regional bazarda aparıcı enerji texnologiyaları şirkəti olmaqla yanaşı, həm də sosial məsuliyyət daşıyan bir brend kimi, yaşıl gələcəyə işıq salmaq istəyir. Sıfır emissiya, maksimum qənaət və tam şəffaflıq – bizim inkişaf yolumuzdur.

Şüarımız

Nur Power – Ruhumuz Nur, Yolumuz Enerji !

Qlobal Təcrübə, Yerli Həllər

43 Nar MMC olaraq, Singfo Solar Energy-nin Azərbaycandakı rəsmi distribyutoruyuq və ölkədə dayanıqlı enerji həlləri təqdim edirik.

Hər Kəs Üçün Enerji

Fərdi evlərdən 100 MW-a qədər sənaye layihələrinə qədər geniş məhsul çeşidimiz var.

Texniki Dəstək və Zəmanət Etibarı

Quraşdırmadan zəmanətə qədər tam dəstək veririk. Günəş panellərinə 25, çeviricilərə 5 il zəmanət.

Dəyərlərimiz

Hər Addımda Bizi İrəli Aparan Dəyərlər

Nur Power olaraq keyfiyyət, texnoloji üstünlük, müştəri məmnuniyyəti və yerli bazara uyğun çevik yanaşmanı əsas dəyərlərimiz kimi qəbul edirik.
Keyfiyyət və etibarlılıq
Mühəndislik və texnoloji üstünlük
Müştəri məmnuniyyəti və davamlı xidmət
Yerli bazara uyğun çevik və fərdi yanaşma
Niyə Nur Power?

Günəş enerjisində etibar, texnologiyada üstünlük

Qarantiya və satış sonrası xidmətlər

Məhsullarımıza zəmanət verir, uzunmüddətli texniki dəstək göstəririk.

Dövlət dəstəyi ilə səmərəli layihə modelləri

Layihələrimiz dövlət proqramlarına uyğun, sərfəli və etibarlı həllər təklif edir.

ISO, CE, TUV sertifikatlı məhsullar

Təqdim etdiyimiz məhsullar dünya standartlarına uyğun keyfiyyət sertifikatlarına malikdir.

Beynəlxalq təcrübəyə malik texniki komanda

16 ildən artıq qlobal layihə təcrübəsi