Qlobal günəş enerjisi qurğuları ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 64 faiz artaraq 380 giqavata çatdı.

Beynəlxalq enerji düşüncə mərkəzi Ember-in təhlilinə görə, qlobal günəş enerjisi qurğularında bu il də rekord gözlənilir. Məlumatlar günəş enerjisinin yalnız artım sürətini deyil, həm də qlobal enerji sistemini dəyişməkdə həlledici rolunu nümayiş etdirir.
Dünya üzrə ilin ilk 6 ayında 380 giqavatlıq yeni güc istifadəyə verilib ki, bu da 2024-cü ilin eyni dövründəki 232 giqavatla müqayisədə 64 faiz çoxdur. Ötən il qlobal günəş enerjisi qurğuları sentyabrda 350 giqavatı keçmişdi, bu il isə həmin səviyyəyə iyunda çatıldı. Qlobal günəş enerjisindən elektrik istehsalı 2024-cü ildə əvvəlki ilə nisbətən 469 teravatsaatdan çox artıb. Bu artım əvvəlki ilə nisbətən 28 faiz yüksəkdir. Son illərdə günəş enerjisi gücündəki sürətli artım onu yeni elektrik istehsalında ən sürətlə böyüyən mənbəyə çevirib.
Çində liderlik davam edir
Bu ilin ilk yarısında Çində günəş enerjisi qurğuları ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb. Çin 256 giqavatlıq qurğu ilə bu sahədə qlobal liderliyini davam etdirib. Bundan əlavə, Çinin qlobal ümumi göstəricidə payı 54 faizdən 67 faizə yüksəlib.
Eyni dövrdə Çin xaricindəki ölkələr ümumilikdə 124 giqavat güc istifadəyə verib. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 15 faiz artıma işarə edir. Hindistan ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artımla 24 giqavatlıq qurğu istifadəyə verərək dünyada ikinci yeri tutub. ABŞ isə hökumətin təmiz enerji sərmayələrini məhdudlaşdıran addımlarına baxmayaraq 21 giqavatla üçüncü sırada olub. ABŞ-da artım tempi 4 faizlə məhdud qalıb.
Ember-ə görə, Afrikada da artım sürətlənməyə başlayıb. Qitə son 12 ayda Çindən etdiyi günəş paneli idxalını 60 faiz artırıb. Lakin rəsmi qurğu göstəricilərinin olmaması real artım tempini qeyri-müəyyən edir.
Ember-in baş enerji analitiki Nikolas Fulghum hesabatla bağlı şərhində bildirib ki, günəş enerjisində illik qurğulardakı kəskin artım davam edir.
Fulghum deyib: “Dalğalı enerji bazarlarında günəş enerjisi qlobal fosil yanacaq təchizat zəncirlərindən asılı olmayaraq, artan tələbi qarşılamaq üçün rekord sürətlə istifadəyə verilə bilən yerli enerji təmin edir.”enerjisinin yayılması üçün dörd əsas istiqamət müəyyən etdiyini açıqlamışdı. Bu çərçivədə evlərə günəş enerjisi sistemlərinin qurulması və ödənişdə asanlaşdırmalar da nəzərdə tutulur.



