Karapınar GES – 1 milyard dollarlıq təbii qazın qarşısını alan günəş enerjisi nəhəngi

Konyanın Karapınar rayonunda yerləşən Kalyon Karapınar Günəş Enerjisi Stansiyası (GES) sayəsində təxminən 1 milyard dollarlıq təbii qaz istifadəsinin qarşısı alınıb.

Avropanın ən böyük, dünyanın isə sayılı iri günəş stansiyalarından biri olan Karapınar GES, 2 600 futbol meydançası böyüklüyündə ərazidə qurulub. 3,5 milyon günəş panelindən ibarət olan stansiya, 1 350 meqavat quraşdırılmış gücü ilə 6 milyon əhalisi olan bir şəhərin məişət elektrik tələbatını ödəyə bilir.

Panellər mərhələli şəkildə quraşdırıldıqca istehsala başlanıb və stansiya 2023-cü ilin mart ayında tam gücü ilə fəaliyyətə keçib. Hazırda illik 3 milyard kilovat-saat elektrik enerjisi istehsal olunur. Bu da devreye alındığı vaxtdan bəri təxminən 1 milyard dollarlıq təbii qazın qarşısını almaq deməkdir.

6,5 milyon ton karbon emissiyası azaldılıb

Kalyon Enerji şirkətinin İdarə Heyətinin üzvü və baş direktoru Murtaza Ata, layihənin 2020-ci ildən etibarən mərhələli şəkildə elektrik istehsalına başladığını bildirib:

“O vaxtdan bəri stansiya 6,5 milyon ton karbon emissiyasının qarşısını alıb və ümumilikdə 10 milyard kilovat-saat elektrik istehsal edib. Əgər bu enerji günəşdən əldə edilməsəydi, eyni miqdarda elektrik üçün 1 milyard dollarlıq təbii qaz lazım olacaqdı. Bu isə hər il təxminən 300–400 milyon dollarlıq birbaşa cari hesab saldosuna töhfə deməkdir.”

100 min baş qoyun GES ərazisində otlayıb

Ata həmçinin qeyd edib ki, Karapınar GES təkcə enerji sektoruna deyil, yerli iqtisadiyyata və məşğulluğa da mühüm töhfə verir:

“Türkiyədə sənaye müəssisəsi daxilində ilk dəfə bizim başladığımız ‘heyvan otlatma layihəsi’ çərçivəsində bu günə qədər 100 mindən çox qoyun GES ərazilərimizdə otlayıb. Mera mövsümündə hər gün təxminən 2 500 qoyun stansiyamızda otlayır. Layihə öncəsi bu ərazi istifadəyə yararsız idi, lakin indi həm təbiət, həm də kənd təsərrüfatı üçün dəyər qazandırılıb.”

Ekosistemə yeni həyat

Stansiyanın yerləşdiyi sahədə endemik bitkilərin artım sürəti də yüksəlib.

“Burada kəklikotu, lavanda, biberiye kimi aromatik bitkilər var. Günəş panelləri mikroiqlim yaradaraq bu bitkilərin inkişafını sürətləndirib. Bu da həm heyvan otarılması, həm də təbii müxtəlifliyin artması üçün şərait yaradıb,” – deyə Ata bildirib.

Karapınar GES bu gün yalnız yaşıl enerji istehsal edən deyil, həm də təbiətin bərpasına töhfə verən mühüm layihə kimi qiymətləndirilir. Marjinal torpaqlarda həyata keçirilən bu cür layihələrin torpaq bərpası və ekosistemin canlanması üçün böyük potensiala malik olduğu vurğulanır.

Facebook
Twitter
LinkedIn
WhatsApp